Günün fotosu
Günün videosu
Şərhsiz
Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? – Hacı Şahin aydınlıq gətirdi

Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? – Hacı Şahin aydınlıq gətirdi

7 May 2019 11:12
80
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda Ramazan ayının ikinci günüdür. Bununla belə "Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü" sualı əksəriyyəti düşündürən mövzulardan biri olaraq qalmaqda davam edir..

Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Şahin Həsənli : "Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir "Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə". O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər",-deyib.(milli.az)