Bu gün müqəddəs Ramazan bayramı başlayıb

Bu gün müqəddəs Ramazan bayramı başlayıb

6 May 2019 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 6-da bütün dünya müsəlmanları üçün ən əziz olan iki müqəddəs bayramdan biri olan Ramazan bayramının ilk günüdür.

Mediainfo.az-ın verdiyi xəbərə görə oruc səhər saat-də başlayıb və Qafqaz müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən 3.57-də başa çatıb. Oruc tutanlar saat19.56-da iftarlarını aça biləcəklər.

"Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!".

Tərcüməsi: "Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!".

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

Allah bütün oruc tutanların orucunu qəbul etsin!