"Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar"

"Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar"

3 May 2019 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edir. Təsadüfi deyil ki, Bakıda, Azərbaycanda birgə nikahdan olan ermənilər yaşamaqdadırlar. Bu, multikulturalizmin ən bariz nümunəsidir".

Mediainfo.az-ın ONA-ya istinadın xəbərinə görə, bunu Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində " Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir.

O qeyd edib ki, Azərbaycanda qeyri-müsəlman dini icmaların sayı 33-ə çatıb.