Ramiz Mehdiyevin iştirakı ilə AMEA-nın yığıncağı başladı

Ramiz Mehdiyevin iştirakı ilə AMEA-nın yığıncağı başladı

1 May 2019 10:05
80
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik Ümumi yığıncağı keçirilir.

Yığıncaqdan öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Administrasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və digər rəsmi şəxslər, ziyalılar elmi nailiyyətlər sərgisini ziyarət ediblər.

Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.

Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövrü Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək./report/