10 filmdən ibarət "Bakı, mən səni sevirəm" kino-layihəsinin ssenarisi təsdiq olundu

10 filmdən ibarət "Bakı, mən səni sevirəm" kino-layihəsinin ssenarisi təsdiq olundu

10 Fevral 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 9-da "Bakı, mən səni sevirəm" kino-layihəsinin prodüseri Yeqor Konçalovskini qəbul edib.

"Bakı mən səni sevirəm" kino-layihəsinin mətbuat katibi Şahnaz Abdullayevanın jurnalistlərə verdiyi məlumata görə, görüşdə layihənin ssenariləri müzakirə edilib və təsdiq olunub. Qeyd edək ki, "Bakı, mən səni sevirəm" kino-layihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihənin prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. "Bakı, mən səni sevirəm" layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalo (İtaliya), ssenaristləri isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir (Rusiya).

O.M.