Azərbaycanlı kino-rejissor ABŞ-da mükafata layiq görülüb

Azərbaycanlı kino-rejissor ABŞ-da mükafata layiq görülüb

8 Fevral 2012 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Nərimanfilm" Kino Kompaniyasından verilən məlumata görə, azərbaycanlı rejissor ABŞ-ın 2011-"California Film Awards"-ın "Qızıl Mükafatı"na layiq görülüb. Bu mükafata layiq görülən rejissor "Sahə" filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdır. Mükafat İ.Safata tammetrajlı bədii film nominasiyasında təmsil olunub. Bu mötəbər mükafatlandırma mərasimində Fransa, Almaniya, Böyük Britaniya, Argentina, İspaniya, və digər ölkələrdən filmlər iştirak edib. Təntənəli mükafatlandırma mərasimi Kaliforniyanın San-Dieqo şəhərində baş tutub. Onu da xatırladaq ki, "Sahə" filmindəki roluna görə gənc aktyor Timur Oduşev "Hollywood Young Artists Award" mükafatına nominasiya layiq görülmüşdü.

O.M.