"Eurovision -2012" ilə bağlı 15 internet saytı bağlanacaq

"Eurovision -2012" ilə bağlı 15 internet saytı bağlanacaq

6 Fevral 2012 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision -2012" mahnı müsabiqəsi ilə bağlı müxtəlif internet saytları, eləcə də facebook, twitter və digər sosial şəbəkələrdə qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı tədbirlər görüləcək. Eurovision.az saytının məlumatına görə, bunu müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker deyib.

Sietse Bekker bildirib ki, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradır. "Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik". Sietse Bekker 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu deyib. Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytlarında və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.

O.M.