"Eurovision-2012" Malta təmsilçisini Eldar Qasımovla Nigar Camal seçəcək

"Eurovision-2012" Malta təmsilçisini Eldar Qasımovla Nigar Camal seçəcək

4 Fevral 2012 19:03
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai televiziyanın aparıcısı, "Eurovision" mahnı müsabiqəsinin şərhçisi Hüsniyə Məhərrəmova və "Eurovision" qaliblərimiz Maltanın İctimai televiziyasının dəvəti ilə bu ölkəyə səfər ediblər. Bu barədə Eurovision.az saytı məlumat verir. Belə ki, dünən və bu gün Maltada "Eurovision" mahnı müsabiqəsi 2012-nin Milli Seçimlərinin yarımfinal və final mərhələsi keçirilir. Dünən yarımfinalda iştirak edən 24 ifaçıdan 16-sı finala keçib. Qalib isə bu gün 16 nəfər arasından seçiləcək. Qeyd edək ki, Eldar Qasımov və Nigar Camal münsiflər heyətində təmsil olunublar. Hüsniyə Məhərrəmova, Eldar Qasımov və Nigar Camal fevralın 6-dək Maltada olacaqlar.

O.M.