Bakı sakinləri "Eurovision-2012" tanıtım çarxına çəkilmək üçün toplaşırlar

Bakı sakinləri "Eurovision-2012" tanıtım çarxına çəkilmək üçün toplaşırlar

4 Fevral 2012 18:41
Bəyəndim (0) Bəyənmədim (0)

Eurovision.az saytının məlumatına görə, bu gün səhər saatlarından onlarla insan "Light your fire" deyərək Eurovision Mərkəzinə üz tutub. Bu dəqiqələrdə Eurovision Mərkəzində Azərbaycanın tanıtım video-çarxlarının çəkilişləri üçün ikinci kastinqlər davam edir. İlk dəqiqələrdən seçimlərə böyük maraq var. Saat 12-dən başlayan seçimlərə 150-dən çox müxtəlif yaşda şəxs müraciət edərək Azərbaycanın Eurovision hazırlıqlarına öz töhfəsini vermək istəyir. Kastinqlər saat 20.00-dək davam edəcək.

O.M.