Londonda heyvan rəssamların ilk sərgisi keçiriləcək

Londonda heyvan rəssamların ilk sərgisi keçiriləcək

4 Fevral 2012 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
"Fillərin çəkdiyi rəsmlərdə ağac və gülləri görmək olar, meymunlar isə daha çox abstraksionizmə üstünlük veriblər"

Londonda heyvan rəssamların sərgisi keçiriləcək. Burada söhbət hansısa rəssamın təhqir olunmasından getmir. Həqiqətən də Londonun Zoologiya muzeyində 01-09 fevral tarixlərində heyvanların çəkdikləri əsərlər nümayiş olunacaq. Sərgidə fil, şimpanze, oranqutanq, qorilla, və başqa rəssamların rəsmləri yer alacaq. Qeyd edək ki, eksponatlar dünyanın müxtəlif zooparklarında çəkilib və təşkilatçılar onları vahid kolleksiya şəklinə salıblar. Təşkilatçıların fikrincə, adıçəkilən ekspozisiya dünyada bir ilkdir: "fillərin çəkdiyi rəsmlərdə ağac və gülləri görmək olar. Meymunlar isə daha çox abstraksionizmə üstünlük veriblər."

Xatırladaq ki, dünyanın bir çox heyvanxanalarında dördayaqlıları incəsənətlə, o cümlədən rəsm əsərləri ilə əyləndirirlər. Adətən rəsmə meymunlar, fillər və atlar meylli olurlar.
Bəzi insanlara deyilən "heyvan" kəlməsi heyvanın özünə təhqir kimi səslənir...

Murad Şahməmmədov

O.M.