«Eurovision-2012» çərçivəsində «EuroVillage» və «EuroClub» yaradılacaq

«Eurovision-2012» çərçivəsində «EuroVillage» və «EuroClub» yaradılacaq

27 Yanvar 2012 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun rəhbəri və icraçı prodüseri Adil Kərimli bildirir ki, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. "EuroVillage" açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər keçirilə bilər: "EuroClub adlanan digər məkanda isə hər gün şoudan sonra bütün akkreditasiya olunmuş şəxslər, bura aid mətbuat nümayəndələri və fanatlar iştirak edəcəklər. Bu məkanda hər gün əyləncə proqramı təqdim olunacaq". A.Kərimlinin sözlərinə görə, hər iki məkanla bağlı Avropa Yayım Birliyinə (EBU) bir neçə alternativ variantlar təqdim edilib. Amma hələ ki bu məkanlar təsdiqini tapmayıb: " EBU təqdim etdiyimiz bu məkanları bəyənir. Çox güman ki, bu məkanların təsdiqi də yaxın gələcək də baş tutacaq". Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulur. A.Kərimli "EuroVillage" və "EuroClub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.

O.M.