Ermənistanı "Eurovision-2012" müsabiqəsində Azərbaycandan olan erməni təmsil edəcək

Ermənistanı "Eurovision-2012" müsabiqəsində Azərbaycandan olan erməni təmsil edəcək

26 Yanvar 2012 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilərin məqsədi incəsənətə siyasi rənglər qatmaq, onu təbliğat vasitəsinə çevirməkdir

Bildiyiniz kimi, Ermənistanın Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışmasında iştirakı rəsmən təsdiqlənib. Qonşu dövlət müsabiqəyə II yarımfinal mərhələsindən qoşulacaq. Bu, Bakıda keçirilən təntənəli püşkatma mərasimində bəlli oldu.

Ermənistan nümayəndə heyəti müsabiqədə iştirak etmək üçün təşkilatçılara 17 yanvar günü rəsmi məktub yollamışdı. Nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan erməni mətbuatına açıqlamasında bildirib ki, Ermənistanı bu mötəbər yarışmada təmsil edəcək iştirakçının kimliyi yaxın günlərdə bəlli olacaq.

Eurasianet.org saytının erməni nümayəndə heyətinə istinadən verdiyi məlumata görə, iştirakçıların seçimi zamanı Qarabağdan olan namizədlərə üstünlük veriləcək. Daha doğrusu, Qarabağda və ya Bakıda doğulmuş, hazırda Ermənistanın vətəndaşı olan iştirakçının seçilməsi nəzərdə tutulur. Müəyyən səbəblərdən hələlik həmin şəxsin adı elan edilmir. Hətta Ermənistanın İctimai televiziya kanalının rəhbərliyi də bu barədə danışmaq istəmir.

Göründüyü kimi, ermənilərin məqsədi incəsənətə siyasi rənglər qatmaq, onu təbliğat vasitəsinə çevirməkdir.

Murad Şahməmmədov

O.M.