"Oskar" mükafatının namizədləri elan edildi

"Oskar" mükafatının namizədləri elan edildi

24 Yanvar 2012 23:48
Bəyəndim (0) Bəyənmədim (0)
10 nominasiya üzrə "Oskara" namizəd görülən "Artist" filmi qeyri-şərtsiz liderdir

Amerika kino-akademiyası sayca 84-cü dəfə ABŞ və dünya filmlərinə qızıl heykəlləri təqdim etmək ərəfəsindədir. Təntənəli təqdimetmə mərasimi 26 fevral gününə təyin olunsa da, bu gün namizədlər elan olunublar. 10 nominasiya üzrə "Oskara" namizəd görülən "Artist" filmi qeyri-şərtsiz liderdir. 01 fevral günü başlayacaq final səsverməsi 21 fevrala qədər davam edəcək. Mükafatlandırma mərasimi isə 26 fevral günü Los-Ancelesin Kodak kino mərkəzində baş tutacaq. Tədbiri Billi Kristal idarə edəcək. Bu ilin kinoları arasında yaxşıların yaxşısı olmağa real namizədləri sizə təqdim edirik:
Ən yaxşı film
Artist

Hərbi at

Həyat ağacı
Son dərəcə yüksək və qadağan olunacaq qədər yaxın

Parisdə gecəyarısı

Varislər

Qulluqçu

Zamanın gözətçisi 3 D

Hər şeyi dəyişən insan
Ən yaxşı kişi rolu
Corc Kluni (Varislər)

Bred Pitt (Hər şeyi dəyişən insan)
Heri Oldman (Şpion, rədd ol!)

Demian Bişir (Gözəl həyat)

Jan Dyüjarden (Artist)

Ən yaxşı qadın rolu
Runi Mara (Əjdaha tatuirovkalı qız)
Mişel Uilyams (Merilin Monro ilə 7 gün, 7 gecə)
Meril Strip (Dəmir ledi)
Viola Devis (Qulluqçu)
Qlenn Klouz (Sirli Albert Nobbs)

Ən yaxşı ikinci dərəcəli kişi rolu
Kristofer Plammer (Yeni başlayanlar)
Jon Hill (Hər şeyi dəyişən insan)
Nik Nolti (Döyüşçü)
Kennet Brana (Merilin Monro ilə 7 gün, 7 gecə)

Maks fon Syudov (Son dərəcə yüksək və qadağan olunacaq qədər yaxın)
Ən yaxşı ikinci dərəcəli qadın rolu
Oktaviya Spenser (Qulluqçu)
Cessika Çesteyn (Qulluqçu)
Melissa MakKarti (Veqasda qadın məclisi)
Berenis Bejo (Artist)
Canet MakTir (Sirli Albert Nobbs)
Ən yaxşı rejissor

Terrens Malik (Həyat ağacı)
Aleksandr Peyn (Varislər)
Vudi Allen (Parisdə gecəyarısı)
Martin Skorseze (Zamanın gözətçisi 3 D)

Mişel Xazanaviçus (Artist)

Ən yaxşı ssenari

Artist

Veqasda qadın məclisi

Parisdə gecəyarısı

Riskin həddi
Nadir və Siminin boşanması
Ən yaxşı animasiya filmi
Çəkməli pişik
Pişik həyatı

Kunq-fu Panda 2
Ranqo

Çiko və Rita
Ən yaxşı əcnəbi film
Nadir və Siminin boşanması (Əsgər Fərhadi, İran)
Qeydlər (Yosef Sedar, İsrail)
Öküzbaş (Maykl R.Roskam, Belçika)
Sığınacaq (Aqneşka Holland, Polşa)
Mister Lazar (Filipp Falardo, Kanada)

Həyat filmdir desək, onda milli kinomuzun "Oskar" mükafatına layiq görülməsi komediya janrında olardı...

Murad Şahməmmədov

O.M.