VİDEO-Türkiyədə öldürülən mavinin xatirəsi əbədiləşdi

VİDEO-Türkiyədə öldürülən mavinin xatirəsi əbədiləşdi

23 Yanvar 2012 11:13
Bəyəndim (0) Bəyənmədim (0)
Onun haqqında çəkilmiş bədii film kinofestivalda 5 mükafat aldı

Türkiyədə 90-cı illərə qədər çəkilən filmlərdə qan davası və namus məsələləri əsas mövzu olurdu. Zaman dəyişdi. Türkiyə kinematoqrafiyası da bu inkişafa uyğunlaşmağa başladı. Yenə də əvvəlki kimi namus məsələsi müzakirə obyektinə çevrilsə də, mövzuya fərqli prizmadan yanaşıldı.

Bu yaxınlarda Türkiyədə keçirilən "Altın Portakal" film festivalında atası tərəfindən öldürülmüş mavinin xatirəsinə həsr olunmuş bədii film nümayiş etdirildi. Kino 5 nominasiya üzrə mükafat aldı.

Ssenaridə 2006-cı ildə atası tərəfindən qətlə yetirilən 26 yaşlı tələbə Ahmed Yıldızın həyatından bəhs olunurdu. İstanbulda göbək rəqsi oynayan mavi dəfələrlə atası tərəfindən danlanmış, məzəmmət edilmişdi. Bununla belə, kəndinə qayıdaraq müalicə almaqdan, tövbə etməkdən imtina edirdi. Ata isə kürd aşirət qaydalarından çıxan oğlunu düzgün yola qaytarmağa çalışırdı. Lakin cəhdlər nəticə vermirdi. Ailənin namusunu təmizləmək qərarına gələn ata Ahmedi çalışdığı gecə barının həyətində göz yaşları içində güllələyərək, hadisə yerindən uzaqlaşdı. Qeyd edək ki, oğul qatili olan ata hələ də axtarışdadır. Törələrə uyğun olaraq, ailə ölmüş Ahmedin meyitindən imtina etdi və onu lənətlənmiş adlandıraraq müsəlman qaydaları ilə basdırmaq istəmədi.

Xatırladaq ki, "Rəqqas Zenne" adlı filmdə Əhməd rolunu Erkan Avcı canlandırıb.

Həyat da bədii film kimidir. Sevilmək üçün müsbət obrazı canlandırmaq lazımdır...

Murad Şahməmmədov

O.M.