Bu gün Cavidan Novruzov Türkiyə səhnəsinə çıxacaq

Bu gün Cavidan Novruzov Türkiyə səhnəsinə çıxacaq

14 Yanvar 2012 20:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyənin İstanbul şəhərində "Avrasiya ulduzu" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Ölkəmizi bu müsabiqədə gənc müğənni Cavidan Novruzov təmsil edəcək. Azərbaycanın müsabiqə iştirakçısı müğənnilər Azərin, İlhamə Qasımova, Türkiyədən Burak Kutun daxil olduğu münsiflər heyəti tərəfindən təmsilçiliyə layiq görülüb. Müsabiqə Azərbaycan, Türkiyə, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edir. Qaydaya görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib təmsilçi seçilib. Bu gün həmin 6 nəfər "finalçı" adı uğrunda yarışacaq. Münsiflər və sms səsverməsi nəticəsində onlardan 1-i "Avrasiya ulduzu" adına layiq görüləcək.

Qeyd edək ki, final şousunda İctimai Televiziyanın aparıcısı Hüsniyyə Məhərrəmova da iştirak edir. O, türkiyəli həmkarları ilə eyni səhnəni bölüşəcək. Müsabiqənin finalı İctimai Teleradionun efirində canlı yayımlanacaq.

O.M.