"Eurovision" qaliblərimiz "Dansk Melodi Grand Prix" yarışmasının münsifləri oldular

"Eurovision" qaliblərimiz "Dansk Melodi Grand Prix" yarışmasının münsifləri oldular

14 Yanvar 2012 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın "Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal, üçüncülük qazanan Aysel Teymurzadə, tanınmış prodüser-bəstəkar İsa Məlikov və "Eurovision" milli seçimlərində iştirak edən Dilarə Kazımova Danimarkanın təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərdə münsif kimi iştirak ediblər. Müsabiqənin rəsmi internet saytı məlumat verir ki, münsiflər heyətində Azərbaycanla yanaşı, son dörd ildə müsabiqədə qalib gələn ölkələrdən nümayəndələr təmsil olunublar. Rusiyadan Aleksey Vorobyov, Anna Kulikova, Norveçdən Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Cicero və başqaları da münsiflər heyətində yer alıblar.

Xatırladaq ki, Danimarka təmsilçisinin adı yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən, nəticələrin hesablamasında 50% tamaşaçıların, 50 % isə münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli seçimlər "Dansk Melodi Grand Prix" adı altında baş tutacaq.

O.M.