"Anadolu" xəbər agentliyi "Serial" qəzetindən yazdı

"Anadolu" xəbər agentliyi "Serial" qəzetindən yazdı

11 Yanvar 2012 19:41
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın "Serial" qəzetində nəşr olunan bir neçə serial Türkiyədə ekranlaşdırılacaq

Türkiyənin "Anadolu" dövlət xəbər agentliyi 14 ildən bəri fasiləsiz dərc olunan "Serial" qəzeti haqda məlumat yayıb. Məlumatda qəzetin arxivində 500-dən çox əsərin olduğu və bunlardan 70-nin məşhur Türkiyə serialları səviyyəsində olduğu bildirilib.

Onu da qeyd edək ki, Türkiyənin aparıcı yapım şirkətləri fəaliyyətlərinin miqyasını artırmaq məqsədilə ssenari bazasını genişləndirməyə başlayıblar. Məqsəd görülən işlərin keyfiyyətini və çeşidini artırmaq, eyni zamanda dünya film bazarında güclənən mövqeləri qoruyub saxlamaqdır. Bu gün filmləri dünyada, əsasən Yaxın Şərq ölkələrində məşhurlaşmağa başlayan "Ay Yapım", "TMC" və "Avşar film" kimi nəhəng yapım şirkətləri bir müddətdir "Serial" qəzetində dərc olunan seriallarla maraqlanırlar. Artıq bəzi ssenarilər üzərində iş gedir. Yaxın müddətdə Azərbaycan əsərlərinin Türkiyədə ekranlaşdırılması gözlənilir.

Xatırladaq ki, "Serial" qəzeti 1998-ci ildən nəşr olunan "Oxu Məni" qəzetinin şənbə buraxılışıdır. Zamanında həftəlik 120 000 tirajla dərc olunan bu qəzet hazırda 6 000 – 8 000 tirajla dərc edilir.

Azərbaycan serial ssenariləri üzrə dünya səviyyəsinə qalxıb. Bu uğurun serial kimi davamlı olacağı gözlənilir...

Ali Kan - Türkiyə

O.M.