Afinada Pikassonun bir neçə əsəri oğurlandı

Afinada Pikassonun bir neçə əsəri oğurlandı

10 Yanvar 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan mətbuatının məlumatına görə, Afinada yerləşən Milli Bədii qalereyadan Pablo Pikassonun bir neçə rəsm əsəri oğurlanıb. Oğrular tanınmış rəssamın üç əsərini oğurlayıblar. Onlardan biri, "Qadın kəlləsi" adlı tablo 1946-cı ildə rəssam tərəfindən yunanlara bağışlanıb. Rəsmin aşağı hissəsində "Pikassonun yunan xalqına hədiyyəsi" sözləri yazılıb. Bu hədiyyə II Dünya müharibəsində yunan xalqının alman faşistlərinə qarşı göstərdiyi şücaətə görə verilib.

Onu da qeyd edək ki, oğrular qaçan zaman holland rəssamı Pita Mondriananın "Fermada peyzaj" rəsmini zədələyiblər.

O.M.