Çində əyləncəli verilişlərin sayı 1/3-ə endirildi

Çində əyləncəli verilişlərin sayı 1/3-ə endirildi

4 Yanvar 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

ÇXR-nın rəhbərliyi televiziya məkanında "təmizləmə" işlərinə başlayıb. Ölkədə fəaliyyət göstərən 34 kanalın proqramları təhlil edilib. 126 əyləncə xarakterli verilişin sayı 38-ə qədər azaldılıb. Səbəb kimi verilişlərin aşağı səviyyədə olması, həddən artıq əyləncəli olması və gənc nəslin tərbiyəsinə və zövqünə mənfi təsir etməsi göstərilib. İxtisar olunan verilişlər arasında istedad axtarışları, diskussiya proqramları, evlənmə verilişləri, melodrama xarakterli seriallar var. Bu addımı atmaqla Çin hökuməti mədəniyyət sahəsində geniş islahatlara başlamaq niyyətindədir.

Bəzi verilişlər əyləndirmir, iyrəndirir...

Murad Şahməmmədov

O.M.