Ceyranların sayı 7 minə çatdı

Ceyranların sayı 7 minə çatdı

5 İyun 2018 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda ceyranların sayının sürətlə artması müşahidə olunmaqdadır.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə respublikamızda ceyranların sayı 7 min başa çatıb

Qeyd edək ki, havaların mülayim keçdiyi illlərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb. Lakin prezidentin 2003-cü il Sərəncamı ilə Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.

May ayından Şirvan Milli Parkının ərazisində ceyranların balalama dövrü başlayıb. Hazırda Milli Parkda yeni doğulmuş ceyran balaları müşahidə edilir.