Azərbaycanlı imama 8 il HƏBS cəzası verildi

Azərbaycanlı imama 8 il HƏBS cəzası verildi

3 İyun 2018 18:22
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstan Respublikasının İzberbaş rayon məhkəməsi 31 yaşlı Azərbaycan vətəndaşı İlqar Vaqif oğlu Əliyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com-un yerli KİV-lərə istinadən verdiyi məlumata görı, İlqar Əliyev ekstremist təşkilat yaratmaqda ittiham olunub.

Məlumata görə, o, Fətulla Gülənin Dağıstandakı imamı funksiyasını yerinə yetirirmiş. İzberbaşda, Dərbənddə, Mahaçqalada və Xasavyurtda gizli məktəblər yaradıbmış.

Keçən il həbs olunan İlqar Əliyev yerli əhalini öz təşkiltaına cəlb etməklə təşkilatının sərhədlərini böyütmək istəyirmiş. Amma bununla belə məxfi orqanlar uzun izləmədən sonra Əliyevi həbs edə bilib.