202 nəfər dini ekstremist Azərbaycan vətəndaşlığından məhrum edilir

202 nəfər dini ekstremist Azərbaycan vətəndaşlığından məhrum edilir

27 Mart 2018 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb.

Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

Qeyd edək ki, həmçinin 2017-ci ildə Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı fiziki şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş 31507 sənəd (sorğu) araşdırılıb, əvvəlki hesabat dövründən icraatda olan sənədlər də nəzərə alınmaqla 27088 nəfərin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşdirilib.