Əməkdaşımız KİVDF tədbiri yarışının qalibi olub

Əməkdaşımız KİVDF tədbiri yarışının qalibi olub

19 Mart 2018 21:55
Bəyəndim (1) Bəyənmədim (0)

Ötən şənbə "Altun Saray" istirahət mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə qaliblər mükafatlandırıldıqdan sonra mərasim iştirakçıları arasında Novruz bayramına həsr edilən ənənəvi yumurta döyüşdürmə yarışı keçirilib. Yumurta döyüşdürmə yarışlarında bütün rəqiblərindən üstün olan əməkdaşımız Murad Şahməmmədov qalib olub. Ona KİVDF rəhbəri Vüqar Səfərli tərəfindən xüsusi qiymətli priz –Noutbuk təqdim edilib. Murad müəllimi bu münasibət ilə təbrik edir, ona növbəti belə yarışlarda da qalibiyyətlər arzulayırıq.

Əziz Mustafa