VİDEO-Alla Puqaçova ürək ağrıları ilə xəstəxanaya yerləşdirildi

VİDEO-Alla Puqaçova ürək ağrıları ilə xəstəxanaya yerləşdirildi

29 Noyabr 2011 23:20
Bəyəndim (0) Bəyənmədim (0)
SSRİ xalq artisti cərrahi əməliyyatdan sonra pəhrizə riayət etmirdi

Tanınmış müğənni, SSRİ xalq artisti Alla Puqaçova yenidən ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Ötən il ürəyində koronal şuntlama əməliyyatı aparıldıqdan sonra müğənni ikinci dəfə idi ki, Bakulev adına ürək-damar cərrahiyyəsi elmi mərkəzinə müraciət edirdi. Lifenews di deyil.xəbər agentliyinin məlumatına görə, xalq artisti xəstəxanaya dünən yerləşdirilib. Lakin cəmi bir gün sonra öz tələbi ilə evinə qayıdıb. Həkimlər bildirirlər ki, Alla Puqaçova artıq bir həftəyə yaxındır ki, səhhətindən şikayətçidir. Bunu koronaroqrafiya nəticələri də bəlli edir. Müğənni həkimlərin yazdığı pəhrizə riayət etmədiyi üçün qan damarlarında cüzi daralma müşahidə olunub. Lakin bunun ciddi olmadığı bildirilir.

Bir zamanlar Alla Puqaçova "Все могут короли (şahlar hər şeyi bacarırlar)" deyirdi. Lakin zaman göstərdi ki, nə pul, nə mal, nə hörmət əbədi deyil, dünyanın özü kimi...

Sərvər Aslanov

O.M.