“Sizə yazığım gəlir” - Məşhur yazıçı Putinə açıq məktub YAZDI

“Sizə yazığım gəlir” - Məşhur yazıçı Putinə açıq məktub YAZDI

16 Mart 2018 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur rusiyalı yazıçı Boris Akunin Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb. Məktubda yazıçı Putini kəskin dillə tənqid edib və hakimiyyətdən qısa müddətdə getməsini məsləhət görüb.

"Mənim yazığım gəlir sizə. Bunu tamamilə istehza etmədən deyirəm. Sizin gələcəyinizin necə olacağını söyləmək üçün Nostradamus olmaq lazım deyil. Aşağıların bezdiyi, yuxarıların tənəzzül etdiyi və pulların isə bitdiyi situasiyaların yaranması qarşısıalınmazdır. Ölkədə hərc-mərclik başlayacaq. Dinc yolla getməyiniz artıq gec olacaq və siz atəş açmağa əmr verəcəksiniz . Çoxlu qan tökülsə də, sizi taxtdan salacaqlar. Sözün açığı, sizə Müəmmər Qəddafinin taleyini arzulamıram.
Vaxt varkən, bəlkə hakimiyyətdən gedəsiniz? Xoşməramlı bəhanə həmişə tapılar. Sağlamlıqla bağlı problem, ailə vəziyyəti, yaxud mələklərin zühuru. Hakimyyəti öz varisinizə (axı, başqa cür siz bacarmırsınız) ötürərdiniz, o isə sizin qocalığınızı sakit keçirməyinizin qeydinə qalardı.

Təsəvvür edin və qorxun: ümümxalq nifrəti, tənhalıq, sabahkı gün üçün narahatlıq, daha çox çirkə bulaşmaq, özünü daha çox əclafın əhatəsinə almaq. Bu sizə lazımdır?".

Boris Akunin (əsl adı Qriqori Çxartişvili) 1956-cı il mayın 20-də Gürcüstanın Zestafoni rayonunda anadan olub. Silsilə romanlar müəllifi kimi tanınan yazıçı hazırda Fransada yaşayır. (modern.az)