Ölkə əhalisinin sayı 9 milyon 904 min 850 nəfərə çatıb

Ölkə əhalisinin sayı 9 milyon 904 min 850 nəfərə çatıb

16 Mart 2018 12:15
240
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9904850 nəfərə çataraq ilin əvvəlindən 6765 nəfər artıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.

Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.