Rusiya Dövlət Ermitajında Azərbaycan eksponatlarının ilk daimi sərgisi təşkil olunacaq

Rusiya Dövlət Ermitajında Azərbaycan eksponatlarının ilk daimi sərgisi təşkil olunacaq

29 Noyabr 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov Ermitaj muzeyinin direktoru Mixail Piotrovski ilə görüşüb. Baş Konsulluqdan verilən xəbərə görə, görüşdə Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında təntənəli şəkildə keçirilməsi ilə bağlı razılıq əldə olunub. Q.Osmanov Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Ermitajda saxlanılan Azərbaycan xalqının tarixi və mədəni irsini əks etdirən nadir eksponatların daimi fəaliyyət göstərən ilk sərgisinin yaradılması təşəbbüsünü M.Piorovskiyə çatdırıb. Məsələ müsbət həllini tapıb. Rusiya Dövlət Ermitajı və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi arasında Ermitajda saxlanılan Azərbaycan eksponatlarının ilk daimi fəaliyyət göstərən sərgisinin yaradılması haqqında niyyət protokolunun imzalanması 2012-ci ilin yanvar ayına planlaşdırılıb

O.M..