Sevda ailə qurmaq istəyir: “Mənə də toy qismət olsun”

Sevda ailə qurmaq istəyir: “Mənə də toy qismət olsun”

6 Mart 2018 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Sevda Yahyayeva konsert verməyə hazırlaşır.

Musavat.com saytına açıqlama verən müğənni may ayında sevənlərinin qarşısına çıxacaq:
"Yeniliklərim çoxdur. Yeni mahnılar yazdırıram. Konsertə hazırlaşıram. Mayda olacaq. Geyimlərim də hazırlanır. Bu dəfə də fərqli geyimlər geyinəcəyəm. Tamaşaçıları maraqlı gecə gözləyir. İnanıram ki, hər şey ürəyimcə olacaq".

Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Hər gənc qız kimi mən də ailə qurmaq istəyirəm. İnşallah, mənə də toy qismət olar".