Alim və Vugarixxin birgə yeni klipi təqdim edilib- VİDEO

Alim və Vugarixxin birgə yeni klipi təqdim edilib- VİDEO

6 Mart 2018 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və gənc istedadlı DJ Vugarixx birlikdə hazırladıqları yeni mahnı və klipi təqdim ediblər.

"Yol" adlı mahnı təqdim edildiyi andan etibarən sosial mediada insanların geniş marağına səbəb olub. Mahnının klipi rejissor Vüsal Həsən tərəfindən çəkilib. Klipdə Alim Qasımov və DJ Vugarixx-lə birgə, Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası Nuridə Musabəyli də iştirak edib.
"Həyatımın ən həyəcanlı, ən gərgin və ən uzun müddətə başa gələn proyektini təqdim etdim axır ki. Düşünürəm ki, bu iş mənim bu sahədə pasportum ola biləcək bir işdir." - deyə DJ Vugarixx saytımıza bildirib.


Big.az