"Oskar" mükafatının qalibləri məlum olub

"Oskar" mükafatının qalibləri məlum olub

5 Mart 2018 20:20
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Kino Akademiyasının təsis etdiyi 90-cı "Oskar" mükafatının qalibləri məlum olub.

Los-Ancelesdəki "Dolby Teatrı"nda təşkil edilən mərasimdə Jimmy Kimmelin təqdimatı ilə qaliblərin adları açıqlanıb.

"Oskar" sahibləri qırmızı xalça üzərindən keçdikdən sonra zala daxil olub. "Ən Yaxşı Film" nominasiyasında "The Shape of Water", "Ən Yaxşı Aktrisa" Frances McDormand, "Ən Yaxşı Aktyor" Gary Oldman seçilib.

"Ən Yaxşı Rejissor" nominasiyasında Qilermo del Toro, "Ən Yaxşı Animasiya" filmi nominasiyasında "Coco", "Ən Yaxşı Sənədli Film" "İcraus" qalib olub.