Əməkdar artist Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edildi

Əməkdar artist Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edildi

26 Noyabr 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın verdiyi məlumata görə, nazir Əbülfəs Qarayevin əmri ilə Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin edilib. M. Hüseynov noyabrın 28-dən vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin ilk direktoru İbrahim Quliyev 2010-cu il yanvarın 16-da 51 yaşında dünyasını dəyişib. İ. Quliyevin vəfatından sonra bu vəzifə boş qalmışdı.

O.M.