"Həqiqət axtarışında" finaladək gəldi

"Həqiqət axtarışında" finaladək gəldi

10 Noyabr 2011 23:08
Bəyəndim (0) Bəyənmədim (0)
Gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı finala doğru yaxınlaşır

Millət vəkili Jalə Əliyevanın layihəsi olan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı finala doğru yaxınlaşır. 16-20 noyabrda keçiriləcək final günündə 11 əsər səhnələşdiriləcək. Bu əsərlərdən biri də Xudabaxşiyeva Təranənin "Həqiqət axtarışında" ssenarisi əsasında qələmə alınıb. Festival ümumilikdə şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Ertoğrul Kamalovun rejissorluğu ilə tamaşaya qoyulacaq əsər qəhrəmanlıq janrında olsa da, mistik hadisələri özündə birləşdirir. Daha doğrusu, hadisələr mərhum şəhidin ruhu timsalında cərəyan edir.

Qəhrəmanlar ölməz xatirələri əks etdirən əsərlərdə yaşayırlar...

Hafiz Əhmədov

O.M.