2012-ci ildən etibarən "Asiavision" müsabiqəsi keçiriləcək

2012-ci ildən etibarən "Asiavision" müsabiqəsi keçiriləcək

10 Noyabr 2011 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Teleradionun rəsmi saytı məlumat verir ki, "Eurovision Song Contest" müsabiqəsinin formatına uyğun olaraq gələn ildən etibarən "Asiavision Song Contest"in keçirilməsinə qərar verilib. Xəbərə görə, bu qərar Asiya Yayımları Birliyi (ABU) Baş Assambleyasının Dehlidə keçirilən iclası zamanı açıqlanıb və bildirilib ki, bu müsabiqə "Eurovision" formatına uyğun keçiriləcək. Müsabiqənin 2012-ci ildən etibarən keçirilməsi nəzərdə tutulur.

Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae şounun meneceri vəzifəsini yerinə yetirəcək. K. K. Bae "Eurovision" layihəsinin pərəstişkarı olduğunu və 2012-ci ildə Bakıda keçiriləcək müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan "Asiavision" layihəsinə qonaq qismində dəvət oluna bilər.

Musiqi bütün qitələrdə başa düşülən yeganə dildir...

Hafiz Əhmədov

O.M.