Bu gün KVN 50 yaşını qeyd edir

Bu gün KVN 50 yaşını qeyd edir

8 Noyabr 2011 00:57
Bəyəndim (0) Bəyənmədim (0)
XX əsrin qalibi olmuş Bakılı Oğlanlar komandasının uğuru KVN tarixində ən böyük göstəricidir

1961-ci ilin 8 noyabr günü Şən və Hazırcavablar Klubu – KVN ilk dəfə efirə çıxdı. ИТАР-ТАСС xəbər agentliyinin məlumatına görə, KVN-nın yaradıcısı Sergey Muradov xatirələrini bu cür paylaşır: "O zaman biz KVN-i intellektual futbol adlandırırdıq. Hər komandada 11 əsas oyunçu və 2 ehtiyat oyunçu var idi. Müsabiqələr ekspromt şəklində aparılırdı. Yalnız II mövsümdən etibarən ev tapşırıqla tətbiq olunmağa başladı. İlk yarışyama İnYaz və MİSİ komandaları çıxmışdı. Aparıcı axtarışı xeyli vaxtımızı aldı. 1964-cü ildən etibarən aparıcılıq o vaxtkı tələbə Aleksandr Maslyakova həvalə olundu."

1971-ci ildə SSRİ Mərkəzi televiziyası ilə münaqişə zəminində veriliş bağlandı. Yalnız 1986-cı ildə yenidən bərpa oldu.
Qeyd edək ki, 12 noyabr günü yubileylə əlaqədar kütləvi əyləncəli tədbir keçiriləcək. Tədbirdə veteran və çağdaş seçmə komandaların yarışı təşkil olunacaq. Lentə alınacaq proqram 13 noyabr günü Rusiyanın I kanalı ilə nümayiş olunacaq.

Xatırladaq ki, XX əsrin komandası seçilən Bakılı Oğlanlar komandasının uğuru KVN yarışmaları tarixində bu günədək ən böyük göstəricidir.

50 il ərzində şən və hazırcavab qalmaq asan iş deyil...

Sərvər Aslanov

O.M.