Bu gündən 5 günlük tətil başlayır

Bu gündən 5 günlük tətil başlayır

30 Dekabr 2017 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən Azərbaycanda 5 günlük tətil başlayır. Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq.

Qeyd edək ki, yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.