Tanınmış teleaparıcı Azadə Balayeva telekanallardan iş təklifi gözləyir

Tanınmış teleaparıcı Azadə Balayeva telekanallardan iş təklifi gözləyir

29 Dekabr 2017 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış teleaparıcı Azadə Balayeva hələ də özünə iş tapa bilməyib. Bununla bağlı Mediainfo.az saytının sualına cavab verən teleaparıcı hələlik hər hansı telekanaldan iş təklifi almadığını bildirdi. Azadə Balayeva: "Hazırda evdəyəm və münasib iş təklifi alacağım təqdirdə onu dəyərləndirəcəyəm",-dedi.

Onu da deyək ki, Azadə Balayeva ANS, İnteraz və Space telekanallarında rəhbər vəzifələrdə çalışıb. O Azərbaycanın efir məkanında tanınmış, özünəməxsus, təkrarolunmaz imicə malik olan sevimli teleaparıcılardan biri hesab edilir.

Xatırladaq ki, bir müddət əvvəl Azadə xanımın atası rəhmətə gedib.