Bakıda Yeni ili 5 Şaxta baba və Qar qız yola verəcək

Bakıda Yeni ili 5 Şaxta baba və Qar qız yola verəcək

27 Dekabr 2017 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Şaxta baba və Qar qız olmaq üçün müraciət edənlərin sayında artım yoxdur.

Mediainfo.az-ın verdiyi məlumata görə, bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin sayı elə 5 nəfər olaraq qalır:

"Biz güman edirdik ki, bu ayın yarısına kimi yəqin müraciətlər çoxalar. Amma heç bir əlavə müraciət olmadı. Şəhərdə artıq bayram yolkaları qurulub. Ən hündür yolka Kukla Teatrının arxasında 35 metr hündürlükdədir".