“ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək

27 Dekabr 2017 14:48
99
Bəyəndim (0) Bəyənmədim (0)

"ASAN xidmət" mərkəzləri 4 gün işləməyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirib ki, bütün "ASAN xidmət" mərkəzlərində dekabrın 31-i, yanvarın 1, 2, 3-ü qeyri-iş günü olacaq.

Məlumata görə, yanvarın 4-dən etibarən vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.