Rasim Balayevin səhhəti yaxşılaşır

Rasim Balayevin səhhəti yaxşılaşır

22 Dekabr 2017 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.

Bu barədə Report-a açıqlamasında Xalq artisti özü məlumat verib.

O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib:

"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə müayinə üçün mənə xəbər edəcəklər".

Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib:

"Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə davam edir".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.