Vahid Mustafayev yeni təşkilat yaratdı

Vahid Mustafayev yeni təşkilat yaratdı

21 Dekabr 2017 10:34
190
Bəyəndim (0) Bəyənmədim (0)

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yeni təşkilat yaradıb. V.Mustafayevin sözlərinə görə, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihəsi (www.amkad.org) yaradıblar!

"AMKAD ölkənin hər bir vətəndaşından imkanı çatmadığı yaradıcılıq layihələrinə dəstək olmaq üçün müraciətlər qəbul edir. Bundan əlavə, Azərbaycan haqqında film çəkən xarici vətəndaşlar da AMKAD-dan dəstək ala bilərlər",-deyə o bildirib.

"Həmişə demişəm ki, incəsənət - yaşadığımız real həyatın yanında daha insani həyat yaratmaq cəhdidir! Təəssüf ki, vaxtı ilə sənətin incilərini görə bilən Azərbaycan gözləri bu gün para-para olub səviyyəsiz nankorlarların ciblərində eşələnir...
Sirr deyil ki, bu gün Azərbaycan incəsənəti özünün ən ağır günlərini yaşayır... və paradoks ondadır ki, xalqımızın gözlərindən bu qara vəsməni məhz incəsənət özü silə bilər" – V.Musayafayev deyib.Modern.az