"Bakıda" -SAXTA DİPLOMLU MƏMUR KİMDİR

"Bakıda" -SAXTA DİPLOMLU MƏMUR KİMDİR

19 Dekabr 2017 10:18
210
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ölkə gündəmini daha çox zəbt edən mövzulardan biri də, saxta diplom sahiblərinin ayrı-ayrı dövlət müəssisələrində çalışmaları və atdıqları addımların müqabilində mənimsədikləri büdcə pullarının varlığıdır. Hətta, xeyli müddət bundan əvvəl rəsmi dövlət qurumları tərəfindən bu haqda açıqlamalar da yayılmışdı. Yəni, həmin açıqlamalarda qeyd olunurdu ki, müəyyən sayda insanlar saxta diplomlara sahibdirlər.


24 min saxta diplom


Onlar müəyyən yollarla əldə etdikləri saxta sənədlər hesabına ayrı-ayrı təhsil müəssisələrində və digər sahələrdə çalışırlar. TQDK-nın (indiki DİM) 2014-cü ildə yaydığı məlumatda qeyd olunurdu ki, 1992-ci ildən indiyənədək diplom almış 24 mindən çox şəxs, adı çəkilən qurumun təşkil etdiyi imtahanlarda yetərincə bal toplamayıblar və onlar haqda elektron bazada lazımi məlumat da yoxdur.
Yayılan belə bir açıqlamanı əslində adi bir xəbər kimi deyil, olduqca ciddi şəkildə qəbul etmək gərəkdir. Çünki, atılan addımlar birbaşa cinayət işidir, bənzəri olmayan qanun pozuntularıdır. Təkcə ona görə yox ki, həmin şəxslər saxta diplomlardan istifadə etməklə fəaliyyət göstərirlər, həm də ona görə ki, onlar belə bir addımlarını atmaqla, qanuni diplomu olan və işləmək hüququna sahib olanların haqlarını tapdalayırlar. Yaxşı olar ki, saxta diploma sahib olan müəllimləri işlərindən azad etməklə bərabər, həm də vaxtilə onları işə qəbul etmiş və saxta işlərə göz yummuş vəzifə sahibləri də işlərindən azad olunsunlar və tutduqları əməllərə görə, qanun qarşısında cavab versinlər.

Haranı bitirib özü də bilmir


"Əldəqayırma" diplomlar keçmiş SSRİ məkanının hər yerindən əldə edilə bilirdi. Yəni biz bu neqativlikdən kənarda qalmamışıq. Azərbaycanda kifayət qədər saxta diplom verən təhsil müəssisələri var. Bu gün istər orta məktəblərdə, istər ali məktəblərimizdə, istərsə də icra strukturlarında, eləcə də nazirliklərdə saxta diplomla fəaliyyət göstərən kifayət qədər "mütəxəssislər" var.
Obyektiv.org-a daxil olan məlumatda deyilir ki, saxta diplomla vəzifə tutanlardan biri də Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri Əliyar Həsənovdur . Bu şəxs ümumiyyətlə hansı təhsil ocağını bitirdiyini özü də bilmir. Soruşanda gah Gəncədə, gah da Bakıda, "Odlar Yurdu" universitetində oxuduğunu deyir.
Məsələ həm də ondadır ki, diplomunun həqiqiliyinə şübhə etdiyimiz bu şəxs, yəni Əliyar Həsənov tabeliyində olan işçiləri incidir, əməkhaqqlarını vaxtında vermir. 20 nəfərin əmək kartnı isə şəxsən cibinə qoyub.
Bəs niyə cənab Həsənovu qanun qorxutmur? Çünki bu sualı verəndə "məni bu vəzifəyə cənab başçı məsləhət görüb" deyir.
Bəs saxta diplomlu şəxsi vəzifəyə təyin edən başçı cəzalana bilərmi?


Başçı da məsuluiyyət daşıyır

Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bir müddət əvvəl açıqlamasında demişdi ki, vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər.
"Hazırda diplomun saxta olub-olmaması haqqında TQDK-da baza var. Bu baza yaradılana qədər isə nə qədər saxta diplomu olan şəxslər işlə təmin olunmuşdular. Daha sonra isə həmin şəxlər tutduqları vəzifələrdən azad olundular".
Deputat saxta diplomun əldə olunmasının, saxtalaşdırılmasın və istifadə olunmasının cinayət olduğunu da qeyd edib.
"Həm bu diplomu verən həm də onu əldə edən məsuliyyət daşıyır. Amma işə götürənlər isə bu diplomların saxta olmamağını bilməyə bilərlər".

Odur ki, yazıda adıçəkilən şəxslərdən məsələyə münasibət gözləyirik.
obyektiv.info