Din xadimləri gələn ildən maaş alacaq

Din xadimləri gələn ildən maaş alacaq

18 Dekabr 2017 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əmək haqqı alacaqlar".

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur.

"Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam-naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əmək haqqı alacaqlar. Əmək haqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var".

M.Qurbanlı qeyd edib ki, bu günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının direktor və heyəti açıqlanacaq: "Hesab edirəm ki, yanvar ayından Fond fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".Axar.az