2017-ci ilin ən gəlirli aktyorları bəlli oldu

2017-ci ilin ən gəlirli aktyorları bəlli oldu

16 Dekabr 2017 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın "Forbes" jurnalı kinostudiyalara ən çox gəlir gətirən Hollivud aktyorlarınınn siyahısını müəyyənləşdirib.

Mediainfo.az-ın "report"a istinadən xəbərinə görə, reytinqin lideri "Çətin tapşırıq" və "İntiqamçılar" kimi filmlərdə oynadığı rollarla məşhurlaşan Ceremi Renner olub. Aktyor ona sərf olunan hər 1 dollara görə, orta hesabla 93,80 dollar gəlir gətirir. Siyahıda ikinci yeri "Gözəlçə və Bədheybət", həmçinin "Yer kürəsi" filmlərinə çəkilən Emma Vatson tutub. Aktrisa ona qoyulan 1 dolların əvəzində kinostudiyaya orta hesabla 70 dollar pul qazandırır.

"İntiqamçılar" filminin daha bir təmsilçisi olan Skarlet Yohannson orta hesabla 60 dollar gəlir gətirən aktrisa kimi üçüncüdür. Siyahıda 4 və 5-ci yerləri Kris Prett (33,4 dollar) və Emi Adams (46,1) bölüşürlər.