"Altın kәlәbәy"i Roya Ayxan qazandı

"Altın kәlәbәy"i Roya Ayxan qazandı

11 Dekabr 2017 00:55
Bəyəndim (0) Bəyənmədim (0)

46-cı "Altın Kelebek" Mükafatları öz sahiblərinə verilib.

Bu il ilk dəfə kateqoriyalar arasında "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası təşkil olunub. Yerli ulduzlardan Əməkdar artist Röya Ayxan, müğənnilər Miri Yusif və Nigar Camal bu nominasiya üzrə yarışıblar.

Gecənin sonunda tamaşaçılardan gələn səslər əsasında Röya Ayxan "Azərbaycanın ən parlaq ulduzu" mükafatını qazanıb.

Qeyd edək ki, bir çox sənət növünü əhatə edən və ən yaxşıların mükafatlandırıldığı "Altın kelebek" Türkiyənin "Oskar"ı sayılır./Publika.az/