Dünyanın ən yaxşı təhsil verən ölkələri

Dünyanın ən yaxşı təhsil verən ölkələri

7 Dekabr 2017 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2017-ci il üçün dünyada ən yaxşı təhsil sistemi olan ölkələrin siyahısını hazırlayıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ötənilki lider bu il də dəyişməyib. Sinqapur yenə də ən yaxşı təhsil sisteminə malik ölkə kimi reytinq cədvəlinə başçılıq edir.

Sinqapur təhsil sistemi bütün dünyada qəbul olunur. Çox böyük intizam, zəhmət tələb edən sərt təhsil sistemi sayılır. Şagirdlərdə əsasən, riyazi məntiqi təfəkkürün inkişafına çalışırlar. Sinqapur bununla da bütün göstəricilərin nəzərə alındığı qiymətləndirmə sistemində-maksimal 7 ballıq- 6,3 bal toplayıb.

İkinci yerdə isə yenə də Finlandiyadır. Skandinavya ölkəsi bu göstərici ilə artıq neçə ildir ki, Avropa birinciliyini əlində saxlayır. Burada müəllimlərin məsuliyyəti ən müqəddəs amil kimi göstərilir. Müəllimlər yüksək maaş almaqla yanaşı, ən intellectual və istedadlı insanlar arasından seçilir. Finlandiya kimi intellectual ölkənin cəmi 10 faizi müəllim imtahanlarında iştirak edə bilir. Finlandiya təhsil sisteminin əsas uğuru da budur. Topladığı bal isə 6,2-dir.

Üçüncü yerdə isə Hollandiyadır. Ölkə əhalisinin 24 faizi A kateqoriyalı yerli və xarici universitetlərin məzunlarıdırlar. Topladığı bal-6,1-dir.

Siyahının onluğunda yer alan digər ölkələr bunlardı: İsveçrə, Belçika, Danimarka, Norveç, ABŞ, Avstraliya, Yeni Zellandiya.