"Aygün Bəylərlə yollarımız ayrıldı, ərə gedir"

"Aygün Bəylərlə yollarımız ayrıldı, ərə gedir"

7 Dekabr 2017 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist Aygün Bəylər ailə qurur.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə onun prodüseri Soltan öz Feysbuk səhifəsində məlumat yazıb:

"Bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. İş birliyi də, dostluq da bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi xoşbəxt olmağına sevinirik. Toyunda iştirak etməyəcəm. Beş ildir ustadın ən sadiq və güvəndiyi dostu idim, ancaq bitdi. Mən ustadımla yollarımı ayırsam da onu heç kimə, heç nəyə satmaram. Aygün Bəylər yekdi, yek də qalacaq".

Qeyd edək ki, bundan öncə mətbuatda Aygün Bəylərin evlənməsi ilə bağlı xəbərlər yayılsa da, müğənni bunu təkzib etmişdi.