2,1 milyon nəfər Gürcüstan vətəndaşı Türkiyəyə səfər edib

2,1 milyon nəfər Gürcüstan vətəndaşı Türkiyəyə səfər edib

4 Dekabr 2017 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin oktyabr ayında 213 min nəfər Gürcüstan vətəndaşı turist kimi Türkiyəyə gedib. Mediainfo.az-ın məlumatina görə, ilin əvvəllərindən isə Türkiyəyə 2,1 milyon nəfər gürcü turist kimi daxil olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 400 min nəfər çoxdur. Bu barədə Türkiyə Mədəniyyət və Turizm nazirliyinin saytlnda xəbər verilib. Gürcüstan Türkiyəyə daha çox turist səyahət edən ölkələr arasında 4-cü yerdədir. Qeyd edək ki, Türkiyəyə turist axınına görə Rusiya liderlik edir. Bu günü kimi Türkiyəyə 4,6 milyon nəfər rusiyalı səfər edib. Almaniya 3,3 milyonla 2-ci, İran isə 2,1 milyon nəfərlə 3-cü yerdədir.

Mediainfo.az