Qubadakı Rixos oteldə təzyiqi qaldıran yeni il şənliyi qiymətləri - 3 günə 8 min manatadək

Qubadakı Rixos oteldə təzyiqi qaldıran yeni il şənliyi qiymətləri - 3 günə 8 min manatadək

3 Dekabr 2017 21:49
Bəyəndim (0) Bəyənmədim (0)

llərdi turuzmdəın söz düşəndə hamı Azərbaycanda qiymətlərin ceyranın belində olduğunu, bu üzdən əlinə pul düşən varlı-kasıbın xaricə üz tutduğunu deyir, yazır və haray çəkirik. Hamı səbəbləri də bilir, ümid edilir ki, vəziyyət tezliklə düzələcək və həm qiymətlər aşağı düşəcək, həm xidmətin səviyyəsi artırılacaq, nəticədə qeyri-neft sektorunun ən önəmli sektoru olan turizm nəhayət bu məmləkətə də nəzərəçarpacaq xeyir gətirəcək, bu puladan büdcəyə də pay çatacaq, yetim-yesirin cibinə də...

Amma özümüz deyib özümüz eşidirik. Neçə gündə feysbuka girməyimizə peşmanıq. Qubadakı Rixos oteldə ilsonu nəzərdə tutulacaq vur-çatlasının qiymətləri ilə tanış olanda adamın təzyiqi kəllə-çarxa çıxır.

İnanmırısnızsa buyurun siz də tanış olun, sonra deməyin ki, demədik...

Gəlin ilin son gününü birlikdə Rixos Quba Azerbaijan-da qeyd edək!

Ulduz yağışı ilə yaddaşınızda iz qoyacaq möhtəşəm bayram şousuna hər biriniz dəvətlisiniz. İlin ən gözlənilən bayramında ulduz qonaqlarımız Sizə unudulmaz təəssüratlar bəxş edəcəklər.

31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan, xırda incəliklərinə qədər düşünülmüş bayram paketləri qiymətlərini Sizə təqdim etməkdən məmnunluq duyuruq.

Deluxe Mountain View King - 1999 AZN

Deluxe Mountain View Twin - 1999 AZN

Deluxe Lake View King - 2099 AZN

Deluxe Lake View Twin - 2099 AZN

Junior Suite - 2199 AZN

Honeymoon Suite - 2399 AZN

Family Suite (4 nəfərlik) - 3399 AZN

Manna Villa (2 nəfərlik) - 2499 AZN

Midiya Villa (6 nəfərlik) - 5999 AZN

Urmiya Villa (8 nəfərlik) - 7999 AZN

Atropetana Villa (8 nəfərlik) - 7999 AZN

Şərtlər və müddəalar:

18% ƏDV daxildir.

Qiymət 3 gün 2 nəfər üçün nəzərdə tutulub.

Qiymətə qıdalanma, Wi-Fi xidmətinə ödənişsiz qoş