Jerar Depardye Quran oxuyur...

Jerar Depardye Quran oxuyur...

27 Oktyabr 2017 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya şöhrətli Fransa aktyoru Jerar Depardyenin mütəmadi olaraq Quran oxuduğu məlum oldu.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, bu haqda sənətkarın özü "Le Cherche Midi" nəşriyyatı tərəfindən yenicə nəşr edilmiş memuarlarında yazır. Artıq Fransada satışa çıxarılmış xatirə kitabının adı "Monstr"dır. Maraqlıdır ki, məşhur aktyor öz əsərində müsəlmanların Müqəddəs Kitabını da yada salıb. Depardyenin sözlərinə görə, o, müntəzəm olaraq Quranı mütaliə edir- "xüsusən nəsə mənəvi bir şey oxumaq istəyəndə"...

Qalmaqallı vətəndaşlığı, Fransadan Beşçikaya köçməsi və Rusiya pasportu alması məsələsi haqda isə Depardye yazır ki, bütün bunların kökündə onun "fransızlardan daha çox azad olmaq cəhdi" dayanır...