Gəncədə parkın ərazisində qədim kurqan aşkarlanıb

Gəncədə parkın ərazisində qədim kurqan aşkarlanıb

25 Oktyabr 2017 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

AMEA-nın Arxeologiya və Etnoqrafiya insitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı Gəncə şəhər Heydər Əliyev adına prak-kompleksin ərazisində son tunc dövrünə aid kurqan aşkarlanıb. Mediainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Bəxtiyar Cəlilov tapıntı ilə bağlı verdiyi açıqlamasında deyib: "Yerli icra hakimiyyətinin istəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya insitutu olaraq 2015-ci ildə Gəncədə yerüstü araşdırmalar aparmışdıq və Gəncə şəhərinin ərazisində 60-dan çox kurqan qeydə almışdıq. Sonra nəzərə alınmışdı ki, bunların bir neçəsi tədqiq olunsun. Nəhayət yenidən Gəncə Şəhər İcra Hakimiyyətinin istəyi ilə bu tədqiqatı reallaşdırdıq. Qeydə alınan kurqanların 4-də tədqiqat apardıq. Açılmış kurqanda maddi mədəniyyət nümunələri, xüsusuilə saxsı qablar, tunc bəzək əşyaları, silah nümunələri (ox ucluqları, daş toppuz) əldə olunub. Bu kurqana yaxın olan kurqanlarda da arxeoloji qazıntılar aparılıb və analoji nümunələrə rast gəlinib.Oxşar olduqlarına görə ilkin olaraq belə nəticəyə gəlmək olar ki, bunlar eyni mədəniyyətin daşıyıcılarıdılar, son tunc dövrünə aiddirlər. Hər kurqanda bir insanın sümüklərinə rast gəlinib.Onlar tək–tək dəfn olunublar. Sümüyun ilkin anrtopoloji müayinəsinə əsasən belə nəticəyə gəlmək olur ki, onlar gənc yaşda - 28-33 yaş arasında ölüblər. Əksəriyyətinin cinsinin kişi olduğu müəyyənləşib. Biz bu ərazidə artıq 8 belə tədqiq olunmamış kurqan yerinə rast gəlmişik. Gələcəkdə bu kurqanlarda da tədqiqat işlərimizi davam etdirəcəyik".